05:37
(077) 610-22-33

Mir Şahin: "Məni ANS-dən..." - YENİLƏNİB

  • >
2 981 7 Dekabr 2012 16:40 | Cəmiyyət

Bir neçə dəqiqə əvvəl "Facebook" sosial şəbəkəsində ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin telekanaldan uzaqlaşdırıldığı barədə məlumat yayılıb.

Xəbəri dəqiqləşdirmək üçün Mirşahin Ağayevlə əlaqə saxladıq. O, AzNews.az-a açıqlamasında bunu şaiyə olduğunu dedi: "Bu şaiyədir. Bir həftədən çoxdur ki, Gürcüstandayam. Həyat yoldaşımın yaxın qohumu dünyasını dəyişib. Məni ANS-dən niyə çıxarsınlar ki... Bu kimi məlumatların haradan qaynaqlandığını başa düşə bilmirəm".

17:16

***

AzNews.az-a daxil olan məlumata görə, ANS telekanalının vitse-prezidenti Mir Şahin Ağayev işdən çıxarılıb.

Məlumata görə, M.Ağayev 1 həftəyə yaxındır ki, işə çıxmır. Hətta onun həyat yoldaşının da telekanaldan ayrıldığı bildirilir.

Xəbəri dəqiqləşdirməyə çalışırıq.

Fuad Mədətov
Bahar Rüstəmli
AzNews.az
Bağla X