“Azərbaycanda bina sürüşdürəcək mütəxəssis yoxdur” “Azərbaycanda bina sürüşdürəcək mütəxəssis yoxdur”

Bakı milyonçusunun binası necə sürüşdürüləcək? -İDDİA

“Azərbaycanda bina sürüşdürəcək mütəxəssis yoxdur”



"Qış bulvarı"nın tikintisi ilə əlaqədar Füzuli küçəsi, 39 ünvanında yerləşən tarixi bina sürüşdürüləcək. Bakı milyonçusu İsa bəy Hacınskinin tikdirdiyi tarixi binanın sürüşdürülməsi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.

Mühəndis-ekspert Abbas Novruzov AzNews.az-a məsələ ilə bağlı bildirib ki, keçmiş SSRİ-də və Azərbaycanda binaların sürüşdürülməsi ilə bağlı təcrübə olmayıb: "Bu sahədə nə keçmiş SSRİ-də, nə də Azərbaycanda belə təcrübə və mütəxəssis var. Dünyada binaların sürüşdürülməsi halları olur. O qədər tez-tez rastlanmasa da bu üsuldan istifadə edilir. Azərbaycanda da arxitekturası ilə fərqlənən binanın sürüşdürülməsi indiki halda ancaq əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilə bilər. Çünki bizdə bu sahədə mütəxəssis yoxdur".

Məlumat üçün bildirək ki, hələ 21 avqust 1929- cu ildə Türkiyədə Atatürkün tələbi ilə bir bina sürüşdürülüb. Belə ki, Atatürk çinar ağaclarının budaqlarının kəsilməsinin qarşısını almaq üçün yaxınlıqdakı binanın sürüşdürülməsini tələb edib. Bu tələbə əsasən bina 4,8 m sürüşdürülüb.

Elnarə Əlosmanqızı
AzNews.az