05:39
(077) 610-22-33

Mədət Quliyev “problemlər var” dedi

  • >
716 10 Dekabr 2012 13:47 | Cəmiyyət

"Cəzaçəkmə müəssisələri sovet dövründən qaldığı üçün..."



"Azərbaycanın cəzaçəkmə müəssisələri sovet dövründən qaldığı üçün bir çox problemlər var". APA-nın məlumatına görə, bunu Ədliyyə nazirinin müavini , Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.

M. Quliyev hal-hazırda cəzaçəkmə müəssisələrindəki vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlərin görüldüyünü deyib: "Hazırda Azərbaycanda müasir standartlara cavab verən bir neçə cəzaçəkmə müəssisəsi tikilir. Biz də çalışırıq ki, müəssislərdəki vəziyyət getdikcə yaxşı olsun. Bəzən olur ki, 100 nəfərlik yerdə 103 nəfər saxlanılır. Biz bu cür məsələni bilən kimi aradan qaldırırıq və çalışırıq ki, hər şey standartlara uyğun olsun. Bu cür hallar Avropa ölkələrində də baş verir. Eyni zamanda kadrlarımızın peşəkarlığını artırmaları üçün tədbirlər görürük. Bununla bağlı bir çox ölkələrlə əməkdaşlıq edirik".

M. Quliyev hazırda ölkənin regionlarında 7 cəzaçəkmə müəssisəsi tikildiyini, Bakı və Naxçıvanda isə müasir standartlara cavab verən cəzaçəkmə müəssisələrinin istifadəyə verildiyini bildirib.

AzNews.az
Bağla X