Bu gün Yerin yaxınlığından asteroid keçəcək

Bu gün Yerin yaxınlığından növbəti asteroid keçəcək. XE54 asteroidinin "marşrutunun" Yerin 225 min km yaxınlığı olacağı bildirilir. Bu isə Aya qədər olan məsafədən 2 dəfəyə yaxın azdır.

Mütəxəssislərin fikrincə, asteroidin Yerin yaxınlığından keçməsi 28 dəqiqə davam edəcək. Xüsusi avadanlıq olmadan prosesi müşahidə etmək mümkün olmayacaq.

Elnarə Əlosmanqızı
AzNews.az