Azərbaycanlı yazıçının kitabı təqdim olundu

Yazıçı Natiq Rəsulzadə oxuculara "Seçilmiş əsərləri"ni təqdim edib. "Rus kitab evi"ndə baş tutan təqdimat "Avrasiya Tədqiqatlar İnstitutu" İnkişaf Fondunun Azərbaycan filialı, Rusiyanın Azərbaycandakı səfirliyinin və "Novosti-Azərbaycan" informasiya agentliyinin təşkilatçılığı ilə ərsəyə gəlib.

Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin N.Rəsulzadəni Azərbaycanın Kafkası adlandırıb. "Nə yaxşı ki, Azərbaycan var. Nə yaxşı ki, Azərbaycan ədəbiyyatı və nə yaxşı ki, onun Natiq Rəsulzadə kimi yazıçısı var...".

Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Arxitektorlar İttifaqının sədri Elbəy Qasımzadə, xalq rəssamı Arif Hüseynov və başqaları çıxış edib yazıçının şəxsi keyfiyyətlərindən və yaradıcılıq xüsusiyyətlərindən söz açıb.

Bahar Rüstəmli
AzNews.az