Ötən il Azərbaycanda 460 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkar olunub. Onlardan 327 nəfərdə kəskin leykoz müəyyən edilib. Ötən il Azərbaycanda 460 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkar olunub. Onlardan 327 nəfərdə kəskin leykoz müəyyən edilib.

460 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkar olunub - Azərbaycanda

Ötən il Azərbaycanda 460 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkar olunub. Onlardan 327 nəfərdə kəskin leykoz müəyyən edilib.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tədqiqat Transfuziologiya və Hematologiya İnstitutunun ötənilki yekunlarına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, keçən il İnstituta müraciət edən vətəndaşların sayı 12 628 nəfər olub. İlkin müraciətlərin sayı 4 519 nəfər (2015-ci ildə 4 306) təşkil edib.

C.Əsədov bildirib ki, hazırda müəssisədə 27 523 xəstə (2015-ci ildə 23 962) dispanser qeydiyyatdadır.

Həmçinin ötən il nikahqabağı müayinədən 143 694 nəfər keçib. Onlardan 4649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis və 109 nəfərdə QİÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 42 olub.

AzNews.az