- Köhnə - Cəmiyyət
- 11 Yanvar 2017 16:53
- 5 971
Şirkət rəhbərinə qarşı dələduzluq - 700 min manatlıq
Bakıda şirkət rəhbərinə qarşı dələduzluq edilib.
"Report"un xəbərinə görə, bu barədə zərərçəkən - Abşeron rayon sakini 1961-ci il təvəllüdlü Bilalov Elçin Parapel oğlu Səbail Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq bildirib.
E.Bilalov qeyd edib ki, Bibiheybət qəsəbəsində yerləşən və ona məxsus "Foodini" MMC-də operator işləyən Xaçmaz rayon sakini 1987-ci il təvəllüdlü Şabanov Nəriman 700 000 manat dəyərində ərzaq mallarını satıb və pulunu ələ keçirib.
Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.
AzNews.az