17:52
(077) 610-22-33

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan” müsabiqəsi başa çatdı

  • >
1 352 11 Yanvar 17:16 | Cəmiyyət

“Nar”-ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının səkkizinci mövsümü başa çatıb.

AzNews.az xəbər verir ki, yarışlarda respublikanın 16 bölgəsi və 8 ali məktəbini təmsil edən 34 komanda bilik mübarizəsi aparırdı. “Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirildi.

Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırdılar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə etdilər.

Dekabr ayının qalibləri olan “Twitter” istifadəçiləri: Əhəd Əliyev (@ehed2pi), Mahir Əsgərov (@mahirasg).

Ətraflı məlumatı @salamnar “Twitter” hesabından əldə etmək mümkündür.

Bağla X