Astara rayonu Şiyəkəran kəndində müəllim tərəfindən döyülən şagirdin videosu sosial şəbəkələrdə səs-küyə səbəb olub. Astara rayonu Şiyəkəran kəndində müəllim tərəfindən döyülən şagirdin videosu sosial şəbəkələrdə səs-küyə səbəb olub.

Məktəbdə biabırçılıq - Müəllim şagirdi döydü - Video

Astara rayonu Şiyəkəran kəndində müəllim tərəfindən döyülən şagirdin videosu sosial şəbəkələrdə səs-küyə səbəb olub.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, noyabr ayında baş verən hadisəni sinifdə olan şagirdlərdən biri çəkib.

Döyülən şagirdin dayısı Rövşən Heydərovun sözlərinə görə , şagirdin ailəsi 4 aydır ki, Rusiyadadır və o, uşağın dəcəl oldugunu etiraf edib. Vurulan şagird Etibar Əkbərovda hadisədə günahın şagirdlərdə olduğunu və müəllimi əsəbiləşdirdiklərini bildirib.

Nizami adına 1 saylı məktəbin direktoru Teymur Heydərov məsələ ilə bağlı bildirildi ki,şagirdə vuran müəllim Namiq Qəhrəmanovun psixoloji problemi yoxdur.Sadəcə əsəbələrini cilovalaya bilmədiyi üçün belə bir davranış nümayiş etdirib. Direktorun sözlərinə görə, həmin hadisədən sonra müəllimə şiddətli töhmət verilib və son xəbərdarlıq edilib.

Astara rayon təhsil şöbəsindən bildirildi ki, məktəbin direktoru Teymur Heydərova və həmin müəllim Namiq Qəhrəmanova töhmət verilib.