Gürcüstan Daxili İşlər Nazirliyi Bakı-Supsa boru kəmərindən neft oğurluğu faktının üstünü açıb. Gürcüstan Daxili İşlər Nazirliyi Bakı-Supsa boru kəmərindən neft oğurluğu faktının üstünü açıb.

Bakı-Supsa boru kəmərindən neft oğurladılar

Gürcüstan Daxili İşlər Nazirliyi Bakı-Supsa boru kəmərindən neft oğurluğu faktının üstünü açıb.

"Report" "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, Şida Kartli polis departamentinin və DİN-in xüsusi tapşırıqlar departamentinin əməkdaşları birgə keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində oğurluqda ittiham edilən 5 nəfəri saxlayıb.

İbtidai istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər Bakı-Supsa boru kəmərinin Qori rayonunun Rexa kəndindən keçən hissəsində sonrakı satış məqsədilə sistematik oğurluq ediblər. Hüquq-mühafizə orqanları oğurlanmış neftin bir hissəsini maddi sübut kimi ələ keçirib.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.

AzNews.az