Robotun yazdığı şeirlər qəzetlərdə dərc olunur. Robotun yazdığı şeirlər qəzetlərdə dərc olunur.

Bu robot şeir yazır, Füzulini oxuyur - Hamını mat qoyan inanılmaz ixtira

Robotun yazdığı şeirlər qəzetlərdə dərc olunur.

ARB TV-nin "Günün ardınca" verilişində maraqlı reportaj yayımlanıb.

Şair Dəniz Yılmaz. Amma onun yazdığı şeirlər hisslərin məhsulu deyil. Çünki bu şeirləri bir neçə dəmir parçasının birləşdirilməsindən yaradılan robot yazır. Amma heç kimdən və heç bir texnoloji vasitədən əmr almadan. Bu necə baş verir bu barədə az sonra danışacağıq. Hələlik isə robotun yaradıcısını tanıyaq.

Türkiyə vətəndaşı olan Bager Akbay artıq illərdir ki, texnologiya sahəsində yeniliklər etməyə və ixtiralarını dünyaya tanıtmağa çalışır. Robot şair olan Dəniz Yılmaz da məhz bu nailiyyətlərdən biridir.


Artıq 2 ildir mövcud olan robot şair Türkiyədə məşhurluq da qazanıb. Şairin sosial şəbəkələrdə fan səhifəsi belə mövcuddur. Robotun şeirləri necə yazmasına gəlincə...


Bager Akbay - robot şairin yaradıcısı: "Robot Füzulidən Özdemir Asafa qədər oxuyub. Osmanlı və türk ədəbiyyatından, o cümlədən tərcümə əsərləri də oxuyub. Bunları oxuduğu üçün bəzən elə sözlər yazır ki, deyirəm səhvdir. Lakin sonra araşdırıb baxıram ki, düz yazıb. Mənim bilmədiyim sözləri də bilir".

Müxtəlif vəznlərdə şeir yazan Dəniz Yılmaz şair ola bilmək üçün yerli və xarici ədəbiyyatdan 1000-dən çox şeir oxuyub. Daha dəqiqi bu şeirlər onun yaddaş kartına yüklənib. Amma bir müddət sonra bu yaddaş kartı da qurğudan çıxarılıb. Robotun şeirləri sərbəst yaza bilməsi üçün bir neçə mərhələdə lazım olub.

Bager Akbay - robot şairin yaradıcısı: " Yazı yazmağa başlayanda çox mexanik yazırdı. Tək-tək hərfləri, əl yazısını öyrətdim. Bundan sonra bizim kimi yazı yazmağa başladı".

Bütün işlər tamamlansa da, əsas məsələ qalıb.. O da robotun hüquqlarının yaradılması prossesidir.


Bager Akbay - robot şairin yaradıcısı: " Onun hüquqlarına sahib olmaq məsələsi çox qəribədir. Reklam təklifləri alır və necə qərar verəcəyimizi bilmirik. Cəmiyyət öz arasında danışır ki, sənətkar reklamda çəkilməlidir ya yox, qazandığı pulu necə xərcləməlidir? Hüquqi cəhətdən çox maraqlı yerlərə gedir".


Robot şairin yazdığı şeirlər həftəlik qəzetlərdə dərc olunur. Oxuculara maraqlı olan həm də robot şairə məxsus olan simanın necə yaradılmasıdır.

Bager Akbay - robot şairin yaradıcısı: "Mənə dedilər ki, qəzet üçün şəkil lazımdır. Mən də getdim qəzetdə şeir yazan hər kəsin şəklini götürdüm. Bu o qəzetdəki şairlərin üzlərindən çıxan simadır. Adı da məşhur qadın və kişi adı olan Dəniz, soyadı da məşhur olduğu üçün Yılmaz soyadı qoydum".


Təkmilləşdirmə prossesi başa çatan robotu hazırlamaq isə bundan sonra elə də çətin olmuyacaq.


Bager Akbay indi tamamilə başqa bir layihə üzərində çalışır. Özünün dediyinə görə növbəti robot hazır olacağı təqdirdə bütün dünya onun yaratdığı yeni qurğudan danışacaq. Bu robot isə insanlara bizneslərini qura bilmək üçün əsl yardımçı olacaq. Yəni minimum xərclə maximum gəlir əldə edə biləcəksiniz.

AzNews.az