06:52
(077) 610-22-33

İcra başçısının göstərişi ilə sakinlərin şikayətləri yerindəcə həll edilib - Fotolar

  • >
4 942 8 Fevral 2017 10:24 | Cəmiyyət

Prezident cənab İlham Əliyevin “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır”, ”Dövlət məmuru xalqın xirdmətçisidir” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

AzNews.az xəbər verir ki, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar-qəbul görüşü Babı, Arayatılı və Mollaməhərrəmli kənd sakinləri ilə keçirilib.

Görüşdə rayonun xidmət təşkilatlarının və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar-qəbul görüşdə çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə keçirildiyini bildirib. Alı Alıyev qeyd edib ki, Babı, Arayatılı və Mirzənağılı kəndlərinin işıq, su, qaz və yol ilə bağlı sosial problemləri tam həll olunub. Kəndlərdə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir. Hər üç kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin həmin kəndlərdə gördükləri işlərə dair hesabatları dinlənilib. Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Alı Alıyev Babı, Arayatılı və Mollaməhərrəmli kəndlərində pambıqçılıq və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin edilməsi ilə bağlı görülən işlərlə maraqlanıb, kənd sakinlərinə həyatyani və pay torpaqlarından səmərəli istifadə etməyi, kənd təsərrafatı məhsullarına olan daxili tələbatlarını özlərinin istehsal etdikləri ekoloji təmiz məhsullarla ödəməyi tövsiyyə edib.

Səyyar qəbul-görüşlərdə Alı Alıyev Prezident cənab İlham Əliyevin məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi barədə Fərmanından irəli gələn məsələlərdən bəhs edib. Kənd sakinlərinə elektrik enerjisi və qaz və sudan istifadə zamanı israfçılığa yol verməməyi tövsiyyə edib.

Məcburi köçkünlər göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

image description image description
Bağla X