10:27
(077) 610-22-33

Bir gecədə 3 mağaza soyuldu

  • >
1 717 8 Fevral 2017 11:40 | Cəmiyyət

Lənkəranda 1 gecənin içində 3 mağaza soylub.

ARB TV xəbər verir ki, hər üç hadisə ötən gecə rayonun Sütəmurdov kəndində qeydə alınıb.

Gecə saatlarında kənd sakini Cəmil Hüseynova məxsus mağazanın qapısındakı kilidləri sındıraraq içəri daxil olan oğrular oradan ətirlər, içkilər, şirniyyatlar, siqaretlər və 250 manat nəğd pulu götürüblər.

Cəmil Hüseynov - Zərərçəkən: "Qapıya 5 kilid vurmuşdum. Gəlib gördüm ki, onları oğurlayıb içəri giriblər. 2-ci oğurluq hadisəsidir. Gözləyirik görək başımıza nə oyun gəlir".

Hadisə barədə rayon polis şöbəsinə məlumat verilib. Əraziyə baxış keçirən şöbə əməkdaşları istintaq üçün zəruri olan əl və barmaq izlərini götürüblər. Ümumilkdə mağaza sahibinə 1000 manatdan artıq ziyan vurulub. Kənd sakinləri Xanlar Nəzərova məxsus mağazadan 300 manat dəyərində, Nicat Axundova məxsus mağazadan isə 120 manat dəyərində müxtəlif şirniyyat məhsulları və siqaretlər oğurlanıb.

Faktlarla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az

Bağla X