20:57
(077) 610-22-33

Məktəblərlə bağlı yeni - Təklif

  • >
1 494 10 Fevral 2017 08:59 | Cəmiyyət

Azərbaycanda orta məktəblərdə mütəmadi stomatoloji baxışların keçirilməsi təklif olunur.

Bu təkliflə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov Trend-ə bildirib ki, uşaqların sağlam böyüməsi üçün stomatoloji müayinələrin keçirilməsi vacibdir:

“Əvvəllər xüsusi stomatoloji avtobuslar var idi. O avtobuslar məktəblərin həyətində uşaqların dişlərini, ağız boşluğunu yoxlayardı. İndi də bu yoxlamaların aparılması vacib məsələdir, çünki ağız boşluğunda olan infeksiyalar sonradan diş xəstəliklərinin, revmatizmin, ürək qüsurunun əmələ gəlməsi riskini xeyli artırır. Ona görə də biz səbəbə qarşı mübarizə aparmalıyıq, sonradan nəticələrin ağırlaşmasına daha çox vəsait xərcləyirik. Ağız boşluğunda infeksiyaların vaxtında aşkar edilərək aradan qaldırılması vacibdir və bu, profilaktikanın ən önəmli sahələrindən biridir”.

İ.Məmmədov bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əlavə və dəyişikliklər edilməsini təklif etmək niyyətində olduğunu bildirib.

AzNews.az

Bağla X