00:26
(077) 610-22-33

Bu küçələri adamlar yox, maşınlar süpürəcək - Yenilik

  • >
1 692 11 Fevral 2017 14:44 | Cəmiyyət

Bakı Nəqliyyat Agentliyi küçələrin təmizlənməsi zamanı təhlükəsizliyə riayət edilməsi barədə 15.11.2016-cı il tarixində Nazirlər Kabinetinə bir sıra təkliflə müraciət edib.

BNA-dan Lent.az-a verilən məlumata görə, müraciətdə yol işləri və yolların təmizlənməsi, süpürülməsi həyata keçirilən zaman təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi, bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması, o cümlədən sürət həddinin yüksək olduğu yollarda yolun süpürülməsi işlərində mümkün qədər xüsusi süpürən-təmizləyən maşınlardan istifadə edilməsinə dair məsələlər öz əksini tapıb.

Qeyd edilən təkliflər aidiyyəti dövlət qurumları tərəfindən məqsədəmüvafiq hesab edilib. Artıq Nazirlər Kabineti bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması üçün Ədliyyə Nazirliyinə aidiyyəti dövlət qurumları ilə birgə razılaşdırılmış təkliflər hazırlanmasını tapşırıb.

AzNews.az

Bağla X