01:09
(077) 610-22-33

Azyaşlı uşaq "Kinder Joy" şokoladından zəhərlənib- Azərbaycanda

  • >
3 629 15 Fevral 2017 17:21 | Cəmiyyət

"Şokoladın yararlılıq və buraxılma tarixi qırmızı skoçla örtülübmüş."

Bu barədə AzNews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Təbriz küçəsi 6 yaşayan Xəyyam Babayev ona müraciət edərək övladının "Kinder Joy" şokoladından zəhərləndiyini bildirib:

“Şikayətçi 11.02.2017 tarixdə Xətai metrosu yaxınlığında yerləşən “Metro market” dükanından uşaq üçün “Kinder joy” şokoladlı yumurta alıb. Evə gətirdikdən sonra yumurtanın üzərində yararlılıq və buraxılma tarixinin qırmızı skoçla örtüldüyünü görüb, skoçu qaldırıb, altından 04.03.16 və 15.09.16 tarixini görüb. Yəni, malın yararlılıq tarixi artıq 16-cı ildə bitib.”

Eyyub Hüseynov qeyd edib ki, Xəyyam Babayev kassa çeki əldə etmək üçün 12.02.17 tarixdə müxtəlif vaxtlarda həmin dükana gedib yenə eyni maldan alıb: “Həmin mallarda eyni idi və kassa çekinin üzərində VÖEN yoxdur. Uşağı çətinliklə xilas edə biliblər. Çünki uşaq “kinder”in birini yeyib.”

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X