18:13
(077) 610-22-33

"Bizə qaz verin, donuruq"- Binəqədi sakinləri

  • >
5 380 17 Fevral 2017 11:31 | Cəmiyyət

Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində bir neçə gündür ki, qaz yoxdur.

Bu barədə AzNews.az-a ərazinin sakinləri məlumat verib. Sakinlər bildiriblər ki, bununla bağlı dəfələrlə aidiyyatı qurumlara məlumat vermələrinə baxmayaraq, hələ də əraziyə təbii qazın verilişi bərpa olunmayıb:

“Təbii qazı səhər saat 09:00-da kəsirlər, bir də axşam saat 18:00-da. Bəzən isə elə qaz verirlər ki, nə evi qızdıra bilirik, nə də yemək hazırlamaq olur. Bu qarlı havada evlər çox soyuqdur, evlərdə körpə uşaqlar var. Bir stəkan çay tapmaq olmur. Nə qədər şikayət etmişik aldığımız cavab belə olur: “Bizə deyirlər ki, kəsin, təmir işləri aparılacaq, biz də kəsirik.”"

Sakinlər bildirib ki, təbii qazın verilməsi dayandırılsa da, həmin ərazidə təmir işlərinin aparılması gözə dəymir: “Bəs, bunlar ilin 3 fəslində işləmir?! Təmir işlərini yayda apararlar. Yatırlar, bir də qışda ayılırlar ki, filan yerdə qaz sızması yaranıb, bu səbəbdən də təbii qazın verilməsi dayandırılıb.”

“Azəriqaz” ASC-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev AzNews.az-a açıqlamasında bildirib ki, sözü gedən ərazidə nəzərdə tutulan təmir işləri qarlı hava şəraiti ilə əlaqədar təxirə salınıb:

“İndi təbii qazın verilməsində artım var. Təlabat artıqca təbii qazın verilməsində artım olacaq. Təbii qazın verilməsində hər hansı problem yaşanmayacaq.”

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X