Beyləqan rayonu Birinci Şahsevən kənd sakini Elgin Feyzullayevin cinayət əməllərinin üstü vətəndaş Zaməddin İmanovun polisə ərizə yazması ilə açılıb. Beyləqan rayonu Birinci Şahsevən kənd sakini Elgin Feyzullayevin cinayət əməllərinin üstü vətəndaş Zaməddin İmanovun polisə ərizə yazması ilə açılıb.

Taksi sürücüsünün maşınını oğurlayan şəxs: "Bıçaq çıxarıb, maşını əlindən aldım" (Video)

Beyləqan rayonu Birinci Şahsevən kənd sakini Elgin Feyzullayevin cinayət əməllərinin üstü vətəndaş Zaməddin İmanovun polisə ərizə yazması ilə açılıb.

AzNews.az ARB-ə istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan İmanov bildirib ki, “Mercedes” markalı maşınına əyləşən tanımadığı şəxs avtomobilini quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

Abşeron Rayon Polis İdarəsinin cinayət axtarış idarəsi və Mehdiabad polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Elgin Feyzullayev şübhəli şəxs qismində saxlanılıb. Dindirmə zamanı isə o, əməlini etiraf edib. Dediyinə görə, Abşeron rayonu Goradil qəsəbəsində qardaşının yanında qaldığı vaxt avtomobil oğurlamaq xülyasına düşüb. Paytaxtın Nizami rayonu ərazisində dayanan taksilərdən birinə yaxınlaşaraq onu Goradil qəsəbəsinə aparmasını istəyib.

Elgin Feyzullayev - Saxlanılan şəxs: "Hara demişdim məni apardı. Sonra əlbəyaxa oldum. Bıçaq çıxarıb, maşını əlindən aldım. Qardaşımgilə apardım. Hasarı söküb ora saldım.

Elgin Feyzullayev fərdi yaşayış evində oğurluq avtomobilin diqqət çəkməməsi üçün maşını yarımtikili hasarın içinə salaraq qarşısını hörüb. Lakin bununla polisin diqqətini yayındıra bilməyib. Mehdiabad polis bölməsi əməkdaşları tərəfindən avtomobilin yeri müəyyənləşdirilərək oradan çıxarılıb.

Saxlanılan şəxsin ətrafında aparılan araşdırmalarla digər cinayət əməllərinin də üstü açılıb. Məlum olub ki, o, əmisi Vüqar Feyzullayev, qardaşı Elvin Feyzullayev və bibisi oğlu Amil Mirişovla birgə Goradil, Fatmayi və Mehdiabadda müxtəlif vaxtlarda ayrı-ayrı evlərdən oğurluq ediblər.

Elgin Feyzullayev - Saxlanılan şəxs: ""Reşotka"nı qırıb içəri girdik. Evdən kompyuter, maqnitafon, paltar yeni əlimizə nə düşdü götürürdük".

Cinayət əməllərinə hüquqi qiymət verilməsi üçün iş açılıb, istintaq aparılır.