Son günlər Bakı və ətrafyanı kəndlərdə qaz təhcizatında problemlərin olması ilə bağlı insanlar arasında şikayətlər artıb. Son günlər Bakı və ətrafyanı kəndlərdə qaz təhcizatında problemlərin olması ilə bağlı insanlar arasında şikayətlər artıb.

"Binəqədi rayonundan başqa heç bir ərazidə qaz təchizatı ilə bağlı problem yoxdur"- “Azəriqaz”-dan rəsmi açıqlama

Son günlər Bakı və ətrafyanı kəndlərdə qaz təhcizatında problemlərin olması ilə bağlı insanlar arasında şikayətlər artıb.

Hətta Bakının Binəqədi, Qaradağ, Xətai, Yasamal və s. rayonlarda iki gündür ki, qaz verilişinin dayandırılması bildirilir.

Həmi ərazilərdə yaşayan sakinlərin AzNews.az-a verdiyi məlumata görə, bəzi ərazilərdə qazın təzyiqi çox aşağıdır:

“Evlərə qaz verilmir. Demək olar ki, heç yanmır. Qazın qiymətini artırandan sonra evlərə verilən qazın təzyiqini azaldıblar. “Azəriqaz”a nə vaxt da zəng edirik, “təmir gedir” deyirlər. Belə dərd olar?! Qışın soyuğunda verilməyən qaz havanın istisində veriləcək”?

“Azəriqaz” ASC-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev AzNews.az-a açıqlamasında Bakı və onun ətraf kəndlərində qaz təhcizatında problemlərin olmasını inkar edir.

“Qazın təzyiqi də normaldır. Hazırda Binəqədi rayonu ərazisində təmirlə əlaqədar qazın verilişi dayandırılıb. 2 saata həmin ərazidə qazın verilişi bərpa olunacaq. Binəqədi rayonundan başqa heç bir ərazidə qaz təchizatı ilə bağlı problem yoxdur. ”

Bahar RÜSTƏMLİ

AzNews.az