Bu gün Qərb Universitetində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Bu gün Qərb Universitetində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Xocalı faciəsi Qərb Universitetində anılıb

Bu gün Qərb Universitetində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Universitetdən AzNews.az-a verilən xəbərə görə, tədbirdə soyqırım, onun dəhşətli nəticələri barədə məlumat verilib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni daşnaqları 366-cı alayın köməyi ilə xocalıları amansızcasına qırdı, əsrin ən böyük faciəsini törətdi. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

Daha sonra Qərb Universitetinin tələbələrinin hazırladığı qısametrajlı film nümayiş etdirilib.

Tədbir universitet tələbələrinin hazırladığı bədii kompozisiya ilə sona çatıb.