Fransanın Azərbaycandakı səfiri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub. Fransanın Azərbaycandakı səfiri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub.

Orelia Buşez Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda - Fotolar

Fransanın Azərbaycandakı səfiri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub.

AzNews.az xəbər verir ki, Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez və Səfirliyin nümayəndələri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda iş prosesi ilə tanış olublar.

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Etibar Abbasov qurumun fəaliyyəti və Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun ətraf mühitə mənfi təsirlərin azaldılmasındakı rolu barədə məlumat verib. Bildirilib ki, 4-cü nəsil texnologiya ilə inşa edilən zavod Şərqi Avropada bu tipli ən müasir zavodlardandır.

Müəssisə il ərzində 500 min ton bərk məişət və 10 min ton tibbi tullantı yandırmaq, 231 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə tam təmin etmək mümkündür.

Sonra qonaqlar zavodun tikilmə prosesi və fəaliyyətinə dair qısa filmə baxıblar.

Xanım Orelia Buşez Zavodun işini yüksək qiymətləndirib və Azərbaycan və Fransa arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.