20:37
(077) 610-22-33

İlhamə Quliyevanın ildönümü mərasiminə kimlər gəldi? - Fotolar

  • >
4 284 24 Fevral 2017 17:19 | Cəmiyyət

Bu gün mərhum xalq artisti İlhamə Quliyevaya oğulluğu Orxan Nadirov ildönümü mərasimi keçirib.

Musavat.com bildirir ki, Heydər Məscidində baş tutan yas mərasiminə mərhumun yaxınlarından yalnız Orxan Nadirovun öz anası Lalə Nadirova, gəlini Arifə Nadirova qatılıb. Tanınmışlardan isə xalq artistləri Fatma Mahmudova, Ceyran Haşımova, Zümrüd Məmmədova, görkəmli şair Söhrab Tahirin oğlu Tahir Tahiri mərasimdə iştirak edib.

Mərhumun oğulluğu hesab edilən Orxan Nadirov müsavat.com-a açıqlamasında sənətkarı yad etməsindən danışıb:

“Onu yaddan çıxartmamışam ki, xatırlayım. O mənim qəlbimdə həmişə var və olacaq da. Onunla bağlı yalnız xoş xatirələrim var. Mərasimə onun yaxınlarından gələn oldu, amma bacılarından başqa”. Orxan Nadirov qeyd edib ki, mərhumun bacılarının keçirəcəyik sabahkı mərasimə qatılmayacaq.”

Tahir Tahirli isə mərhum sənətkarla bağlı xatirələrindən danışıb:
“İlhamə xanım mənim atamla çox yaxşı dost olublar. İndi də oğlu Orxan ilə ailəvi dostuq. Bir çox tədbirlərdə bir yerdə olmuşuq. Borcumdur ki, gəlib yad edirəm... İlhamə xanım çox gözəl insan idi. Eyni zamanda ciddi ailə başçısı, işinə ciddi yanaşan xanım idi. Mənə də bir ana, bibi-xala qədər çox doğma idi. Allah ona rəhmət eləsin”.

Qeyd edək ki, mərhumun bacıları sabah ildönümü mərasimini sabah “Təzəpir” məscidində keçirəcək.
Xatırladaq ki, xalq artisti İlhamə Quliyeva ötən il fevralın 25-də tromboemboliyadan dünyasını dəyişib.

Bağla X