09:51
(077) 610-22-33

Ağlamaqdan gözləri tutulan Xocalı şahidi dəhşətli gecədən danışdı - Video + Foto

  • >
2 484 25 Fevral 2017 15:33 | Cəmiyyət

Erməni vəhşiliklərindən güclə canını qurtaran ailə o dəhşəti belə xatırlayır.

"Üst-başı qan içində, dişləri tökülmüş vəziyyətdə gəldi"

Xocalı soyqırımından 25 il ötür. Erməni vəhşiliklərindən canını güclə qurtaran ailələrdən biri də Bayramovlar ailəsidir. Hazırda onlar Gürcüstanın Marnueli şəhərində məskunlaşıblar. Bayramovlar da digər xocalılar kimi fevralın 26-da öz yaxınlarını və doğmalarını itiriblər.

AzNews.az ARB 24-ə istinadən xəbər verir ki, qanlı faciənin canlı şahidləri o günləri xatırlamağın ağır olduğunu deyirlər. Həmin faciəni sözlə ifadə etməkdə çətinlik çəkirlər.

Gülnaz Çıldırlı - Xocalı sakini: "Dəhşətli gecənin səhəri getdilər ki, görsünlər kim sağ qalıb".

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Həmin gecə erməni cinayətlərinin canlı şahidlərindən biri də Lətifə Şabanovadır. O da bu vəhşiliyi öz gözləri ilə görüb. Müsahibimiz deyir ki, əsirləmizə görünməmiş zülümlər edilib.

Lətifə Şabanova - Xocalı sakini: "Getdik Ağdama, eşitdik ki, griovları çıxarırlar. Xalamqızının həyat yoldaşı da girovlardan biri idi. Getdik onu qarşılamağa, çox pis vəziyyətdə idi. Üst-başı qan idi, dişləri tökülmüşdü, döyülmüşdü.

Ömrünün xoş günlərini Xocalının Səfalı yerlərində keçirən 90 yaşlı Kətan nənənin isə o günlərdən danışmağa belə taqəti qalmayıb. Yurd həsrəti ilə gecələri ağlamaqdan gözləri tutulub. Kətan nənənin indi bir arzusu var...

Kətan Ələkbərova - Xocalı sakini: "Torpaqlarımız geri qaytarılsın. Xocalıya piyada gedəcəm, orada qurban kəsəcəm. O əyri yolları piyada gedib Xocalıya çıxacam".

Kətan nənənin bu arzusunun tezliklə reallaşmasını hər bir azərbaycanlı arzulayır. 25 il keçməsinə baxmayaraq Xocalı soyqırımı böyükdən kiçiyə hər kəsin qan yaddaşındadır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırım törədilib. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Hazırda Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması xarici siyasətimizin əsas istiqamətlərindən biridir. İndiyədək Xocalı soyqırımının xatirəsinə 6 ölkədə 9-dan çox abidə ucaldılıb.

image description image description
Bağla X