Bu gün Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub. Bu gün Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Azərbaycanda soyqırımı qurbanlarının xatirəsinə 1 dəqiqəlik sükut

Bu gün Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.

AzNews.az xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Ölkənin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endirilib.

Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.