00:34
(077) 610-22-33

Cocuq Mərcanlıda 8 evə baxış keçirilib - Fotolar

  • >
4 315 26 Fevral 2017 18:29 | Cəmiyyət

Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində gün ərzində 8 evə baxış keçirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AzNews.az-a verilən məlumata görə, baxış zamanı 482 ədəd qəlpə, 1 ədəd partlamamış hərbi sursat (PQ-7 raketinin partlamamış mühərrik hissəsi), 2 ədəd piyada əleyhinə OZM-72 minası, 2 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM -57 tank əleyhinə minanın partladıcısı (MVZ-57) aşkar edilib, nəticə etibarilə 36 835 kv.m ərazi (10 335 kv.m əl ilə, 12 500 kv.m mexaniki üsulla və 14 000 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Cəmi: 23 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 89 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 7 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843), 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi) və 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 26 ədəd tank əleyhinə mina (2 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 653 059 kv.m ərazi (324 459 kv.m ərazi əl ilə, 149 000 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 66 600 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 26 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 93 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 963 ədəd partlamamış hərbi sursat, 60 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 683 153 kv.m ərazi (354 553 kv.m ərazi əl ilə, 149 000 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 66 600 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Bağla X