20:44
(077) 610-22-33

Vaşinqtonda erməni təxribatının qarşısı alındı

  • >
1 536 27 Fevral 2017 09:06 | Cəmiyyət

Fevralın 26-da bir qrup erməni Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında toplaşaraq 1988-ci ildə Sumqayıtda baş vermiş hadisələr barədə erməni lobbisinin və Ermənistan hökumətinin yağdırdığı yalanları dəstəkləməyə çalışıb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Amerika Erməniləri Milli Komitəsi tərəfindən təşkil olunmuş səs-küy şousunda ermənilər müxtəlif şüarlar, o cümlədən “Artsax Ermənistandır!”, “Tarixi öyrənin!”, “Biz Sumqayıtı unutmayacağıq!”, “Qurgen üçün ədalət!” və s. şüarlar səsləndirməyə başlayıblar. Onlar, həmçinin Azərbaycan Ordusunu ölkəmizin işğal olunmuş Qarabağ bölgəsində yerləşən təcavüzkar erməni silahlı qüvvələrini bombalamamağa çağırıblar. Ermənilər aksiyanın gedişində “Qədim Ermənistan”, “Erməni xalqının qondarma soyqırımı” və s. kimi daha miskin şüarlar səsləndirməyə çalışıblar. Təsadüfi deyil ki, ermənilər öz şoularını qəsdən məhz fevral ayının 26-da - Xocalı soyqırımının 25-ci ildönümü günündə keçiriblər. Bununla Amerika Erməniləri Milli Komitəsi və erməni icmasının üzvləri Ermənistanın və erməni daşnaklarının aqressiv və qeyri-humanist mövqelərini bir daha təsdiq ediblər.

Vaşinqtondakı Azərbaycan icmasının üzvləri isə küçənin o biri tərəfində - ölkəmizin səfirliyi ərazisində toplaşaraq son bir neçə ildə olduğu kimi, yenə də öz şüarları ilə ermənilərin sonu bilinməyən yalan məlumatlarının qarşısını alıblar. Azərbaycan tərəfi “Sumqayıt hadisələri qurbanlarının 26-sı erməni, 6-sı azərbaycanlıdır. Məhkum olunmuş Eduard Qriqoryan haradadır?”, “Sarkisyan oyuncaqdır!”, “Ermənistan oyuncaqdır!”, “Ermənistan nökər dövlətdir!”, “Sarkisyan terrorçudur!”, “Ohanyan terrorçudur!”, “Qarabağdan əl çək!”, “Biz Quqarkı, Masisi, Yerevanı unutmamışıq, biz Xocalını, Malıbəylini, Quşçuları, Qaradağlını unutmamışıq!”, “Sarkisyan cinayətkardır”!, “Yoxsul Ermənistan üçün Amerika vergi ödəyicilərindən pul dilənməyə son qoyun!”, “Ermənistana ar olsun!” və s. şüarlar səsləndirib.

Etiraz aksiyasının iştirakçıları Ermənistan hökumətini Xocalı soyqırımını tanımağa çağırıb. Həmçinin erməni silahlı qüvvələrinin Azərbaycandan dərhal çıxarılmasını, girovların azad olunmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şəraitin yaradılmasını tələb ediblər.

Əks-etiraz aksiyasının sonunda Azərbaycan Ordusuna dəstək məqsədilə “Əsgər marşı” səsləndirilib. Ermənilər Azərbaycan icmasının üzvlərinin səsləndirdikləri dövlət himnimizin sədaları altında dağılışıblar.

Bağla X