23:46
(077) 610-22-33

Bakıda uşaq bağçasının işığı kəsildi- Borca görə

  • >
4 939 27 Fevral 2017 11:32 | Cəmiyyət

Yasamal rayonunda yerləşən 117 saylı uşaq bağçasının işıqları kəsilib.

Bu barədə AzNews.az-a məlumat verən valideynlər uşaqların soyuqda qaldığını, baxçada gödəkçələrlə oturduğunu, bir stəkan isti çayın belə olmamasını bildiriblər. Onların sözlərinə görə, bu gün səhər saatlarında 117 saylı uşaq bağçasına uşaqlarını təhfil verərkən bağçadan işıqların yanmamasını bildiriblər. Bağca əməkdaşları valideynlərə bir azdan işıqların yanacağını qeyd etsələr də, elektrik enerjisinin verilməsi bərpa olunmayıb.

Nəticədə, valideynlər uşaqları bağçadan götürməyə məcbur olublar.

“Azərişıq” ASC-in mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AzNews.az-a açıqlamasında 117 saylı uşaq bağçasının borcu olduğunu və bu səbəbdən də işıqların kəsildiyini bildirib.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X