09:53
(077) 610-22-33

Şabranda sürüşmə - 5 evə ziyan dəydi (Foto)

  • >
1 765 27 Fevral 2017 18:44 | Cəmiyyət

Şabran rayonununda torpaq sürüşməsi baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qazbabalı kəndində qeydə alınıb. Kənd icra nümayəndəsinin sədr müavini Fürsət Təhməzov bildirib ki, həmin kəndə yaşamağın təhlükəli olduğunu bildirib: "Son günlər aramsız yağan yağış və qar sürüşmə prosesini aktivləşdirib. Təbii fəlakət nəticəsində beş evə ziyan dəyib və kəndə gedən yol dağılıb. Sürüşmə zamanı kənd sakinləri - Yehya Əliyev, Əlikram Əliyev, İmaməddin Əliyev, Faiq Əliyev və Naziyyət Mirzəyevaya məxsus fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Evlərdə çatlar əmələ gəlib və yaşamaq mümkün olmadığı üçün ailə üzvləri qohumlarının evlərində məskunlaşıblar".

Qeyd edək ki, Qazbabalı kəndi rayon mərkəzindən 12 kilometr aralıqda yerləşir. Kənddə 80 təsərrüfat var. Rayon mərkəzi ilə kəndi birləşdirən yeganə yol sürüşmə nəticəsində tamamilə dağılaraq sıradan çıxıb.

image description image description image description image description image description image description image description image description
Bağla X