Daxili İşlər Nazirliyinin ''102'' xidmətindən Abşeron RPİ-nə Masazır qəsəbəsində ''Qurtuluş-93'' yaşayış kompleksində ərzaq mağazalarından birindən oğurluq edilməsi ilə bağlı məlumat daxil olub. Daxili İşlər Nazirliyinin ''102'' xidmətindən Abşeron RPİ-nə Masazır qəsəbəsində ''Qurtuluş-93'' yaşayış kompleksində ərzaq mağazalarından birindən oğurluq edilməsi ilə bağlı məlumat daxil olub.

“Elə bildim zarafat edir” - Marketdən oğurluq edən dəstə saxlanılıb

Daxili İşlər Nazirliyinin ''102'' xidmətindən Abşeron RPİ-nə Masazır qəsəbəsində ''Qurtuluş-93'' yaşayış kompleksində ərzaq mağazalarından birindən oğurluq edilməsi ilə bağlı məlumat daxil olub.

ARB TV xəbər verir ki, rayon polis idarəsinin əməliyyatçıları dərhal hadisə yerinə baxış keçiriblər.

Zərərçəkmiş mağaza sahibi Ceyhun Xankişinin ifadəsi zamanı məlum olub ki, cinayətkarlar obyektin arxa pəncərəsini sındırmaqla içəri daxil olublar və ordan 1500 manat pul, 200 manatlıq danışıq kartları oğurlayıblar.

Əməliyyatçılar çox çəkməyib ki, oğurluqda şübhəli bilinən Ceyhun Kərimov, Bəhruz Əlizadə və Zamin Hüseynovu saxlayıblar. Dəstə üzvləri dindirmə zamanı törətdikləri əməli etiraf ediblər. Araşdırma zamanı məlum olub ki, saxlanılanlardan Bəhruz Əlizadə əvvəllər həmin mağazada satıcı işləyib.

Bəhruz Əlizadə - Saxlanılan şəxs: "3 nəfər pəncərəni açıb içəri girdik. 1 nəfər qaldı çöldə. Vüqarla içəri girib şkafı açıb pulu götürdük. Sonra bölüşdürdük".

Ceyhun Kərimov - Saxlanılan şəxs: "Zamin köhnə tanışımdı. Bilirdi ki, orada işləyirəm. 3 gün əvvəl zəng edib soruşdu ki, o marketdə nə qədər alver var? dedim ki, 2-3 min. Dedi axşam ora girmək istəyirik. Elə bildim zarafat edir. Dedim başın xarabdı. Dedim sənlik deyil. Mənə pul çatmayıb, mən olmamışam".

Ceyhum Kərimov narkotik maddə aludəçisidir və polis idarəsində üzərindən narkotik vasitə də aşkar edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az