12:53
(077) 610-22-33

Artıq piylənmə “xərçəng”ə səbəb olur? – Alimlər həyacan təbili çalır (Araşdırma)

  • >
4 408 1 Mart 2017 12:13 | Cəmiyyət

Artıq çəkidən əziyyət çəkən insanlar onkoloji xəstəliklərin 9 növünə yoluxma riskiylə üzləşirlər.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, alimlər artıq çəkinin mədə-bağırsaq, eləcə də böyrək xərçəngi, mədəaltı vəz, süd vəzisi, uşaqlıq borusu və qan xərçənginə yoluxmaq üçün başlıca təhdid olduğunu düşünürlər. Bundan əlavə məlum olub ki, orqanizmdə yağ kütləsinin artım faizi bütün bu xəstəliklərin daha sürətlə inkişafına gətirib çıxarır.

Sent-Luisdə Vaşinqton Universitetinin alimləri piylənmənin nəticələri və “xərçəng”in yaranma səbəblərinə dair 200-dən çox elmi işi təhlil etdikdən sonra belə bir qərara gəliblər.

Tədqiqatlarda on minlərlə insan iştirak edib.

Aydan AXUNDOVA

Bağla X