AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun “Cleaning” (“Təmizlik işləri”) fotoşəkli Parisdə keçirilən “Salon DAGUERRE 2017” beynəlxalq fotomüsabiqəsində Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) gümüş medalına layiq görülüb. AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun “Cleaning” (“Təmizlik işləri”) fotoşəkli Parisdə keçirilən “Salon DAGUERRE 2017” beynəlxalq fotomüsabiqəsində Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) gümüş medalına layiq görülüb.

Azərbaycanlı fotoqrafın fotosu gümüş medal qazandı

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun “Cleaning” (“Təmizlik işləri”) fotoşəkli Parisdə keçirilən “Salon DAGUERRE 2017” beynəlxalq fotomüsabiqəsində Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) gümüş medalına layiq görülüb.

AzNews.az xəbər verir ki, FIAP və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) himayəsi ilə keçirilən fotomüsabiqəyə dünyanın müxtəlif ölkələrindən üç nominasiya üzrə 2700-dən çox fotoşəkil daxil olub.

“Təmizlik işləri” fotosu 2012-ci ilin martında “Fairmont Baku” otelinin ərazisində çəkilib. Fotoşəkil müsabiqənin gümüş medalını “Şəhərdə” nominasiyası üzrə alıb.