Ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan Qərb Universiteti tələbələrinin bilik və dünyagörüşünün formalaşması, onların fərdi inkişafı yönündə ardıcıl layihələr, tədbirlər həyata keçirir. Universitetdə tanınmış peşəkar mütəxəssislərin, ziyalıların mütəmadi olaraq görüşləri, təlimləri, master-klassları təşkil olunur. Ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan Qərb Universiteti tələbələrinin bilik və dünyagörüşünün formalaşması, onların fərdi inkişafı yönündə ardıcıl layihələr, tədbirlər həyata keçirir. Universitetdə tanınmış peşəkar mütəxəssislərin, ziyalıların mütəmadi olaraq görüşləri, təlimləri, master-klassları təşkil olunur.

Qərb Universitetində Çingiz Abdullayevlə görüş - Fotolar

Ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan Qərb Universiteti tələbələrinin bilik və dünyagörüşünün formalaşması, onların fərdi inkişafı yönündə ardıcıl layihələr, tədbirlər həyata keçirir. Universitetdə tanınmış peşəkar mütəxəssislərin, ziyalıların mütəmadi olaraq görüşləri, təlimləri, master-klassları təşkil olunur.

AzNews.az xəbər verir ki, belə görüşlərdən biri bu gün Xalq yazıçısı Çingiz Abdullayevlə keçirilib. Görüşdə yazıçı öz yaradıcılığı barədə danışıb, müasir cəmiyyətimizi qayğılandıran bir sıra məsələlərlə bağlı mülahizələrini diqqətə çatdırıb, uğur hekayəsini bölüşüb.

Müasir ədəbiyyatın problemlərindən bəhs edən yazıçı ədəbiyyat-oxucu münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini şərh edib.

Daha sonra Ç.Abdullayev tələbələrin çoxsaylı suallarını cavablandırıb. Yazıçı Qərb Universitetinin tələbələrinə onun yaradıcılığına göstərdikləri marağa görə minnətdarlığını bildirib, tələbələrin intellektual səviyyəsini, müxtəlif dillərdə mütaliə etmələrini və ümumilikdə mütaliəyə verdikləri əhəmiyyəti alqışladığını qeyd edib.

Sonda Universitetin professor-müəllim, tələbə heyəti adından yazıçıya xatirə hədiyyəsi təqdim olunub. Tələbələr öz sevimli yazarları ilə fotolar çəkdiriblər.