10:33
(077) 610-22-33

AzNews.az-da yaxşılar seçildi - SORGUMUZUN NƏTİCƏLƏRİ

  • >
416 1 Fevral 2013 10:05 | Cəmiyyət

İlk üçlükdə MTN, BŞTİ və XİN qərarlaşıb




AzNews.az müxtəlif qurumların mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin işi ilə bağlı keçirdiyi sorğunu yekunlaşdırıb. Bir ay ərzində davam edən sorğuda 3473 nəfər iştirak edib.

Nəticələrə görə, respondentlərin səs çoxluğunu Milli Təhlükəsizlik Nazirliyi qazanıb. 805 nəfər MTN-nin mətbuat və ictimaiyyətlə əlaqələrinin yüksək səviyyədə qurulduğunu bildirib. İkinci yerdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi dayanır. Respondentlərin 645 nəfəri qurumun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin fəaliyyətini qənaətbəxş hesab edib. Xarici İşlər Nazirliyi 612 səslə siyahıda ilk üçlüyü tamamlayır.

Daha bir güc strukturu Daxili İşlər Nazirliyi 538 səslə dördüncü sırada yer alıb. Torpaq və Xəritəçəkmə Komitəsi 247 səslə sonrakı yeri bölüşdürür.

Respondentlərin 164 nəfərinin səsini alan Fövqəladə Hallar Nazirliyi 6-cı, 131 səslə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə siyahıda 7-cı yerdə dayanır.

Səsvermədə iştirak edənlərin 94 nəfəri Bəstəkarlar İttifaqının mətbuat və ictimaiyyətlə əlaqələrinin yaxşı qurulduğunu düşünür. Təəssüf doğuran hal isə odur ki, Müdafiə Nazirliyi cəmi 47 respondentin müsbət rəyini ala bilib. Yazıçılar Birliyinin bu sahədəki fəaliyyətini 38 nəfər müsbət qiymətləndirib.

28 sorğu iştirakçısı isə belə hesab edir ki, "Azərittifaq"ın mətbuat və ictimaiyyətlə əlaqəsi yaxşıdır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası 27 səslə 12-ci sırada qərar tutub. AZAL Dövlət Konserninin mətbuat və ictimaiyyətlə əlaqələrini ancaq 22 nəfər müsbət hesab edir. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə münasibətdə isə bu rəqəm 16 olaraq dəyişir.

Səsvermənin nəticələrinə görə, ictimaiyyətlə əlaqələrinə görə son 3 sırada dayanan qurumlar da müəyyən edilib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi 13, Bakı Şəhər İcra Hakimiyyəti 11, Müəllif Hüquqları Agentliyi 8 nəfərin səsini qazanıb.

Qeyd edək ki, səsverməyə təqdim edilən qurumlar dövlət və qeyri - hökumət təşkilatları arasında seçilib.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X