09:52
(077) 610-22-33

Hacıbala Abutalıbov İlyas İsmayılova “yox” dedi

  • >
330 1 Fevral 2013 10:36 | Cəmiyyət

Ədalət Partiyasının ABŞ səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi






Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl millət vəkili İlyas İsmayılovun sədr olduğu müxalif Ədalət Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktub ünvanlamışdı. Məktubda deyilirdi: "ABŞ-ın Dağlıq Qarabağ məsələsində tutduğu qeyri-obyektiv mövqeyə etiraz olaraq Ədalət Partiyası fevralın 1-də saat 12.00-dan 13.00-dək ABŞ-ın Bakıdakı səfirliyi qarşısında 45 nəfərin iştirak edəcəyi piket keçirməyi planlaşdırır. "Sərbəst toplaşmaq azadlığı" haqqında Azərbaycan Respublikası Qanununa əsasən piket iştirakçılarının təhlükəsiliyinin təmin olunması üçün müvafiq tədbirlər görməyinizi xahiş edirik. Piket "Qarabağ", "Azadlıq", "Demokratiya" şüarları altında keçiriləcək.

Amma Bakı meriyası "Ədalət"in müraciətinə mənfi cavab verib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun imzaladığı cavab məktubunda deyilir: "Sizin 01 fevral 2013-cü il tarixində piket keçirməklə bağlı məktubunuza... baxılmışdır. Bildiririk ki, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki Səfirliyinin binası qarşısındakı ərazi Azadlıq prospektidir. Orada hər hansı bir toplantının keçirilməsi vətəndaşların sərbəst hərəkəti və nəqliyyat vasitələrinin iş ahənginin təmin edilməsində ciddi problemlər yarada bilər ki, bu da aksiya iştirakçılarının təhlükəsizliyinə təminat vermir.
Məktubda qaldırdığınız məsələ ilə bağlı piket keçirmək deyil, etirazınızı aidiyyatı üzrə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki Səfirliyinə bildirməyiniz tövsiyə olunur.
Qeyd olunanlarla bağlı... planlaşdırdığınız piketin keçirilməsi məqsədəuyğun hesab edilmir".

Partiyanın təşkilati məsələlər üzrə sədr müavini Mütəllim Rəhimli Bakı meriyasının cavab məktubunu şərh edərkən, piketə bu cür "arqumentlərlə" icazə verilməməsinə təəssüfləndiklərini vurğulasa da, heç bir halda qeyri-qanuni hərəkətlərə yol verməyəcəklərini bildirib. Bununla belə, o, planlaşdırdıqları aksiyanı keçirmək üçün əlavə variantlara əl atacaqlarını da istisna etməyib.

AzNews.az
Bağla X