Nurəddin Mehdixanlı haqqında yazılanlara etiraz edir Nurəddin Mehdixanlı haqqında yazılanlara etiraz edir

“Əkrəmlə bir dəfə də olsun, oturub-durmamışam...”

Nurəddin Mehdixanlı haqqında yazılanlara etiraz edir



"Bu əsəri oxuyanlar haradan bu qənaətə gəliblər ki, aktyor Nuvariş Qarabağlı- mənəm?. Bunu AzNews.az-a xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlı bildirdi.

Aktyorun sözlərinə görə, o, oxumadığı bir əsər haqqında fikir söylənilməsini düzgün hesab etmir: "Əsəri oxuyanların da o qənaətə gəlməsi ki, "bu obraz Nurəddin Mehdixanlıdır" bu da mənim üçün təəccüblüdür. Nuvariş niyə mənəm? Birincisi, mən Qarabağlı deyiləm. İkincisi, mən Əkrəm Əylisli ilə bir dəfə də olsun, oturub-durmamışam ki, o, da mənim xarakterimi bilsin".

Bahar Rüstəmli
AzNews.az