“Utanmasan, oynamağa nə var ki”



Cümşüd Nuriyev

Bəzi psevdomilli "Əkrəmçilər" (P.Cəbrayıl, fəlsəfə doktiru E.Əliyev, kinirejissor E.Quliyev, Z.Əlizadə, Qan(?) Tural, S.Baycan və digərləri) romanda millətimizin əlehinə olanları bilmədən niyə onu dəstəkləyirlər. Öznünün genetik nifrətini Saday Sadıqlının (əslində haylara sadiqliyini) adından çatdıran xalq yazıçısı (hər halda artıq bizim xalqın yazıçısı deyil) həyasızcasına bildirir ki, "əsərdə Azərbaycan mühitini təhqir edən heç nə yoxdur". Mən bəzi seçmələri Sizlərin nəzərinə çatdırmaq istəyirəm. Necə qiymət verəcəynizi Sizlərin vicdanınıza buraxıram.

1. Erməni politolqu K.Melik-Şahnazaryan "Qolos Armeniya" qəzetində yazır: "Drujba narodov" jurnalının dekabr nömrəsində dərc olunmuş roman-rekviem azərbaycanlı yazıçının həqiqəti qəhramancaına etirafı olub ki, anodolu və Zaqafqaziya türklərinin də bunu etməsi vacibdir". Onun digər fikirləri ilə aşağıdakı saytda tanış ola bilərsiniz.
http://www.yerkramas.org/2013/01/31/kamennye-sny-akrama-ajlisli-azerbajdzhanskij-pisatel-povestvuet-pravdu/

2. Ermənilər bildirirlər ki, romanda 1919-cu ildə Əylisdə (Aqulis-erməni variantı) erməni əhalisinin qırılması ilə Bakı və Sumqayıt şəhərlərində törədilən qırğınlar arasında paralellik aparılır. Çünki Ə.Əylisli romanı "Özlərindən sonra ağlanılmamış ağrılar qoyan həmyerlilərinin xatirəsinə ithaf etmişdir". http://www.regnum.ru/news/armenia/1619481.html

3. Xahiş edirəm romandan aşağıdakı parçalara diqqət yetirin:

- "Əgər zorla öldürülmüş hər bir erməniyə bir şam yandırmış olsaydıq bu şamların işığı ayın işığından daha parlaq olardı";

- "Yazıçının sözlərinə görə, indi Xalq cəbhəsinin hər üzvünün bir və ya bir neçə tapanşası vardır. Bu "uşaqların" köməyi ilə təcə "makar" və ya "kalaşnikov" deyil, hətta pulemyot belə almaq olar. Yenə də, hörmətli yazıçının sözlərinə görə, Nuvariş Qarabağlı kimi tanınmış artistin Xalq cəbhəsinin qərargahına getməsi və Böyük Bəyin qulağına pıçıldaması lazımdır".

- "Deyirlər ki,bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə nardaranlıların qarşısında üzr istəməsi üçün şəxsən xəstxanaya, Sadayın yanına gedibmiş... - Şeyx də naxçıvanlıdır? – qayğılı və əzgin həkim fikirli halda soruşdu. Sual artisti təəccübləndirdi. - Yox, haradan? Şeyx lənkəranlıdır, talışdır";

- " Doktor Abasəliyevin söylədiyinə görə, vaxtıilə Əylisdə bütöv 12 kilsə olmuşdur. Saday Sadıqlı onlardan səkkizinin yerini bilirdi... onlardan ən qədimini əylislilər İstazın adlandırırdı. Hətta indi belə Əylisdə kimsəni inandıra bilməzsən ki, həqiqətdə onun adı İstazın deyil Astvastatundur ki, bu da erməni dilində "Allahın evi" deməkdir"...

- ... "Saday Sadıqlı doktor Abasəliyevdən eşitmişdiki, tanınmış monax Mesrop Maştos erməni əlfbasını məhz Əylisdə yaratmışdır və məşhur yazıçı Raffi vaxtilə buradakı məktəbdə dərs demişdir"...

- "doktor Abasəliyevin sözlərinə görə, 1919-cu il xilas olmuş erməni qızının fransaya apardığı çiçəyin adını Aqulis, daha doğrusu Əylis qoymuşdur".

- "Əylisdə ikinci gözəçarpan və tanınan erməni Aniko idi... Aniko 1919-cu ilin qara payız günündə, içərisində valideynlərinin, qardaş və bacılarının olduğu kiçikdən böyuyə qədər türk əsgərlərinin güllə ilə, qılıncla qan gölündə məhv edilənləri görmüşdü";

- ... – "Həqiqi sözümdür, sizin sadəlövhlüyünüz məni öldürür! Bəyəm sən görmürsən ki, hər yerdə "Qarabağ", "Qarabağ" qışqıran bu fokusçp-"cəbhəçilər" nələr törədirlər? Görünür ki, Qarabağ heç onların vecinə də deyil. Onların məqsədi iqtidarı yıxıb hakimiyyəti ələ keçirməkdir.

- ... "Babaş öz böyük məqaləsini hamıya tanış olan və artıq yeni dövrün himninə çevrilmiş şair Uluruh Turanməkanın şeri ilə bitirmişdir. Həqiqətdə isə bu partiya və Lenin haqqında şerləri ilə orta məktəb dərsliklərinə düşmüş şair Xəlilullah Xəlilov idi"...

- ..."1990-cı ilin 12 yanvar cümə gecəsi yaxınlaşırdı"... Bütün günü Qarabağ, azadlıq və müstəqillik haqqında boyat şüarları qışqıran ərsiz qadınlardan ibarət əsəbiləşmiş kütləni öz arxasınca sürüyən Uluruh Turanməkan axşama yaxın növbəti mitinqini Parpet bağının yanında yerləşən erməni kilsəsinin qarşısında keçirirdi. Xəlilullahın əlaltıları bir saatdan çox idi ki, kilsəni yandırmağa çalışırdılar. Ancaq kilsə yanmaq istəmirdi və bu şərait də xüsusilə, şairin ətrafına toplanmış ərsiz qadın-patriotları daha çox azğınlaşdırırdı".

- "Parapetin yanındakı kilsənin pəncərələrindən qara tüstü topaları getdikcə daha da tündləşirdi və 13 yanvar 1990-cı ilin qan qoxuyan qara axşamına qarışırdı".
http://www.express.am/news/view/akram-ajlisli-kamennye-sny-roman-rekviem.html

P.S. Ə.Əylisli AzNews.az saytına (31.01.2013) verdiyi müsahibədə deyir ki, "Atamın atasının adı Qurbanəlidir, anasının adı isə Zəhra, anamın atasının adı Kərbəlayi Əli, anasının adı isə İsmətdir". Görəsən romandakı Zöhrə surəti onun nənəsinin prototipi deyil ki? Əgər odusa onda hər şey məlumdur!

P.P.S. Bu əsərdən sonar "İstiqlal" və "Şöhrət" ordenlərini hansı mənəvi haqqla daşıyacaqsan?