Metropoliten rəisi bu gün öz restoranında təntənəli ad günü keçirəcək Metropoliten rəisi bu gün öz restoranında təntənəli ad günü keçirəcək

Tağı Əhmədov Türkiyədən və İrandan müğənnilər gətirir...

Metropoliten rəisi bu gün öz restoranında təntənəli ad günü keçirəcək



Bu gün Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun doğum günüdür. Tağı Əhmədov 65 yaşını təntənəli şəkildə qeyd edəcək. AzNews.az - a daxil olan məlumata görə, ad günü mərasimi Badamdarda ("Qurd qapısı") yerləşən "Şahzadə" restoranında keçiriləcək.

Adı çəkilən restoranın T.Əhmədova məxsus olduğu da daxil olan məlumatlar arasındadır.

Bu gün Tağı Əhmədovu ad günü münasibətilə təbrik etməyə gələnlər arasında isə çox sayda sənətçinin də olacağı gözlənilr. Hətta Türkiyə və İrandan da mərasimə qatılanların olacağı bildirilir.

Qeyd edək ki, Əhmədov Tağı Məhəmməd oğlu 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin kəndində anadan olub.


Azər
AzNews.az