Həbsdəki ilahiyyatçı 1 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Nəsimi rayon Məhkəməsində həbsdəki ilahiyyatçı Cavid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə APA-ya vəkil Cavad Cavadlı məlumat verib. C. Cavadlı prosesdə hökm oxunduğunu bildirib. Hökmə əsasən, C. Məmmədov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cavid Məmmədov ötən il oktyabrın 17-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. C. Məmmədov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunur. Onun barəsində seçilmiş həbs-qətimkan tədbiri barəsində olan qərardan apellyasiya şikayəti verilsə də, məhkəmə təmin etməyib.

AzNews.az