21:39
(077) 610-22-33

DİN-dəki son kadr dəyişikliklərinin təfərrüatları - EKSKLÜZİV

  • >
312 1 Fevral 2013 18:11 | Cəmiyyət

Gəncənin sabiq polis rəisi hansı vəzifəyə gətirildi: daha kimi kim əvəz etdi?


Bu gün Daxili İşlər Nazirliyində kadr dəyişikliyi aparılıb. AzNews.az-a daxil olan məlumata görə, ən diqqət çəkən təyinat Gəncənin sabiq polis rəisi, adı icra başçısı ilə qalmaqalda hallandırılan Rasim Musayevlə bağlıdır.

Xatırladaq ki, bir müddət öncə onun İnterpolun Azərbaycan nümayəndəliyinə rəhbər təyin olunması ilə bağlı informasiyalar yayılmışdı. Sonradan isə bəlli olub ki, Rasim Musayev bu təyinatla razılaşmayıb və bundan sonra ona nazirlikdə digər vəzifə təklif olunub. Mənbəmiz bildirir ki, Rasim Musayev həmin təklifə razılığını bildirdikdən sonra o, DİN-in Daxili Təhqiqatlar İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, R.Musayev bu vəzifədə polis polkovniki Möhübbət Hüseynovu əvəz edəcək. Məlumata görə, M.Hüseynov Lənkəran rayon Polis İdarəsinə rəis göndərilib. Lənkəran polis idarəsinin rəisi Elxan Əliyevin isə sərəncama göndərildiyi bildirilir.

Başqa bir dəyişiklik Lənkəran polisində olub. İdarəsinin rəis müavini Qalib Tağıyev Xəzər rayon Polis İdarəsinə rəis müavini göndərilib.

Xəzər Rayon Polis İdarəsinin Xəzər Rayonu Polis İdarəsinin rəisi Faiq Şabanov isə Gəncəyə polis rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edə ki, F. Şabanovun bu vəzifəyə göndəriləcəyi ilə bağlı məlumatı yanvarın 28-də məlumat vermişdik.

Azər
AzNews.az
Bağla X