İntihar edən edən gənc yazar Mövlud Mövludun adına mükafat təsis edilib. İntihar edən edən gənc yazar Mövlud Mövludun adına mükafat təsis edilib.

Mövludun adına mükafat təsis edildi - 100-300 manat

İntihar edən edən gənc yazar Mövlud Mövludun adına mükafat təsis edilib.

AzNews.az xəbər verir ki, mükafat gənc yazar Aqşin Yenisey tərəfindən təşkil edilib. O, bildirib ki, bu intihar yaradıcı gəncliyin qayğıya, diqqətə ehtiyacı olduğunu isbat edir: “Gənc yazıçı Mövlud Mövludun intiharı hamını sarsıdıb. Sadəcə, yazı yazmağın, fikir bildirməyin bizi sabah bu ehtiyac qarşısında belə bədbəxt hadisələrdən sığortalayacağına inanmaq sadəlövhlük olardı. Hər kəs nəsə etməlidir. Oturdum düşündüm və gücüm çatan bir qərara gəldim ki, Mövludu qoruya bilməsək də, onun həmyaşıdı olan 28 yaşınadək gənc yazarlar üçün hər il öz qonorarım hesabına Mövlud Mövludun adını daşıyan illik şəxsi ədəbi mükafat təsis edim.”

Aqşin Yeniseyin hesabına olacaq mükafatlar simvolik olaraq belə olacaq:

1. İlin ən yaxşı hekayəsi – 300 azn (Bir aylıq kirayəpulu), 2. İlin ən yaxşı şeiri – 200 azn (Bir aylıq kommunal xərclərin pulu), 3. İlin ən yaxşı publisistik yazısı - 100 azn (Bir aylıq yolpulu).

Mükafatı hər il Mövlud Mövludun ad günündə təqdim ediləcək.

Bahar RÜSTƏMLİ

AzNews.az