02:45
(077) 610-22-33

Yuxunuz gəlmir? - Bunları qəbul edən kimi rahat yatacaqsınız

  • >
5 460 19 Mart 20:16 | Cəmiyyət

İnsanların çoxu öz həyat müddətində ən az bir dəfə yuxusuzluq və ya yuxusuzluq kimi problemlərlə qarşılaşırlar.

AzNews.az xəbər verir ki, əsəbləri pozulan belə adamlar dərhal dərman qəbul etməyi üstün tuturlar. Belə dərmanların isə təbii ki, əlavə təsirləri var, bu da gələcəkdə özü də müəyyən problemlərə yol açır və alışqanlıq yaradır. Özümüz də bilmədiyimiz təbii qidalar var ki, hansı ki, onların sayəsində bu problemdən tədricən qurtulmaq olar. Belə ki, yuxusuzluğu aradan götürən həmin qidalarla siz də tanış olun.

Albalı

Tərkibində melatonin olan albalı rahat yatmağınıza kömək edəcək. Yatmazdan iki saat əvəl albalı yeyin və gün ərzində də bundan istifadə edə blərsiniz.

Kahı

Kahı sizi yuxu problemindən birdəfəlik qurtara bilər. Belə ki, tərkibində kahı olan salatlar yeyə bilərsiniz, əgər yatmazdan əvvəl salat yemək narahat edirə, o zaman kahını boş yemək daha faydalıdır. Tərkibində olan maddələr ağrıları azaldır, əzələləri boşaldır, bu da rahat yuxuya getməni təmin edir.

Qoz

Yatmazdan əvvəl bir ovuc qoz yesəniz şirin yuuxunuz olacaq. Qoz orqanizmdə olan triptofanların melatoninə çevirilməsinə kömək edir.

Badam

Tərkibində maqnezium bol olan badam xolesteronu, qan şəkərini tənzimləyərək beyinin aktivliyini artırır. Gündə bir ovuc badam qəbul edin.

Banan

Tərkibinə maqnezium və potasium olan badam əzələləri boşaldır. Tərkibinə triptofan maddəsi olan bananı yatmazdan 1 və ya 2 saat öncə qəbul edin.

Bal

İnsulini artıran bal triptofanın beyninizə çatmasını tənzimləyir. Yatmazdan öncə ac qarına 1 qaşəq bal qəbul etsəniz yaxşı olar. Əgər sizə çox şirin gəlirsə çobanyastığı çayının içinə qarışdıraraq qəbul edə bilərsiniz.

Süd

Yatmazdan əvvəl 1 stəkan ilıq süd tərkibində olan kalsiuma görə əzələləri rahatlaşdırar.

Bağla X