Azərbaycanın Londondakı səfirliyində Novruz bayramı münasibətilə mərasim keçirilib. Azərbaycanın Londondakı səfirliyində Novruz bayramı münasibətilə mərasim keçirilib.

Azərbaycanın Londondakı səfirliyində yumurta döyüşü - Foto

Azərbaycanın Londondakı səfirliyində Novruz bayramı münasibətilə mərasim keçirilib.

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Londonda nəşr edilən türkdilli “Londragazete”də yayılan məlumata görə, mərasimə səfir Tahir Tağızadənin xanımı Ülviyə Tağızadə ev sahibliyi edib.

Xəbərə görə, mərasimə özəl dəvətlilər qatılıb. Onların arasında siyasətçilər, elm adamları, diplomatlar olub. 50-yə yaxın qonağın iştirak etdiyi tədbirdə Azərbaycan mətbəxinin təamları süfrəyə qoyulub. Tədbirdə çıxış edən Ülviyyə Tağızadə qonaqlara xoş gəldin deyib, Novruz bayramının hər kəs üçün firəvanlıq gətirməsini arzu edib. Daha sonra Ülviyyə Tağızadə Londondakı “Azerbaijan House”-in başqanı Ali Tekin Atalarla yumurta döyüşdürüb.

image description image description