AzNews.az sənət adamları arasında Novruz bayramı süfrəsinə nə qədər maliyyə xərci çəkilməsi ilə bağlı sorğu keçirib. AzNews.az sənət adamları arasında Novruz bayramı süfrəsinə nə qədər maliyyə xərci çəkilməsi ilə bağlı sorğu keçirib.

Sənətçilərin Novruz süfrəsi: “3 list paxlava, 3 kiloqram qoz, fındıq və 800 manat...”

AzNews.az sənət adamları arasında Novruz bayramı süfrəsinə nə qədər maliyyə xərci çəkilməsi ilə bağlı sorğu keçirib.

Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Ağaxan Salmanlı: “Ümumi və xudmani götürsək, ən yığcam şəkildə 300 manat maliyyə lazımdır.”

Əməkdar artist,ifaçısı tanınmış gitara Rəmiş: “Bizim evdə hər gün bayramdır. Bəyəm bayramdan-bayrama bazarlıq edirik? Külfətimiz yox, elə iki nəfərik. İki nəfər üçün çəkdiyimiz xərci hesablamamışıq. Amma bütün bayram süfrəmiz 100 manata başa gəlir.”

Müğənni Manaf Ağayev: “Bayram süfrəsinə hərə bir qiymət xərcləyir. O baxır adama və ailənin imkanlarına. İmkanı varsa xərcləyəcək, yoxdursa onun üçün nə bayram. Hər bir ailə bayrama 100-200 manat arasında maliyyə xərcləyir. Şəxsən mənim bayram süfrəm 200 manata başa gəlir. Yalandan durub deyəcəm ki, yox mən 500 manat xərcləyirəm? Yalan olar axı. Guya stolda nə olur? Meyvələr, səməni, şirniyyat, düyü, quru meyvələr, vəssalam...Bundan başqa ayrı stolda nə olur ki? 5-10 şəkərbura, paxlava, qoğal. Bəlkə onu listlərlə bişirib aylarla yeyən var? Bəlkə o cür yeyən var? İki gündən sonra köhnəlir, daha onu yemək olmaz.”

Müğənni Əli Mirəliyev: “Novruz bizim Azərbaycan xalqının ən əziz bayramıdır. Bu bayramda bütün o umu-küsülüləri kənara qoyulur, nəyimiz varsa ortaya qoyuruq. Pulumuz var ya yoxdur ona baxmırıq. Bilirəm bahalıqdır. Bayram bizə çox baha başa gələcək. Amma bir tikə də olsa hər şey alaq ki, kənardan baxanların ürəyi çatlasın. Ən kasıb adama bu bayram süfrəsi 70 manta başa gələcək. İmkanı olan lap xərcləsin 200-250 manat. Kimin nə qədər xərcləməsi deyil, əsas odur ki, bayramı qeyd edək. Gərək 3 list paxlava, şəkərbura, qoğal bişirəsən? Üçündən bir list də olar. Adam var imkanı var, hərəsindən 3 kloqram qoz, fındıq, düyü, ət alır və bunu bütün cahanla bir edir. Amma adam da var ki, hərəsindən 100 qram alır. Öz yorğanına görə ayağını uzat. İmkanım yoxdur deyib ağlamaq da Allaha xoş getməz.”

Müğənni Mətanət Əsədova: “Mən həmişə Novruz bayramının adət-ənənələrinə əməl etməyə çalışıram. Bayramın tələb etdiyi bütün nemətlərdən alıb süfrəyə düzürəm. Amma nə qədər pul xərclədiyimi heç vaxt hesablamamışam. Həm də düzü xərclədiyim pulun miqdarını deyə bilmərəm. Çünki imkanı olan və olmayanlar var. İndi durub deyərəm ki, bu qədər pul xərcləyirəm yalan olar. Ümumiyyətlə, mən xərclədiyim pulun hesabını tutmuram. Onu dilinə gətirənlərə də pis baxıram.”

Müğənni Afaq Aslan: “Bayram süfrəsinin xərci təxminən indiki qiymətlərlə hesablasaq 700-800 manat edir. Marketlərdə də günü-gündən hər şeyin qiyməti də qalxa-qalxa gedir.”

Bahar RÜSTƏMLİ

AzNews.az