Zaqatalanın Muxax kəndində, Zərdab rayonunun Gödəkqobu kəndində yanğın olub. Zaqatalanın Muxax kəndində, Zərdab rayonunun Gödəkqobu kəndində yanğın olub.

Zaqatala və Zərdabda yanğın baş verib

Zaqatalanın Muxax kəndində, Zərdab rayonunun Gödəkqobu kəndində yanğın olub.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Zaqatala rayonu, Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 m2 olan tövlənin içərisinə yığılmış 1,5 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlə və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Zərdab rayonu, Gödəkqobu kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan qamışdan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.