“8-ci kilometr” bazar kimi tanınan ərazidə yük daşıma arabalarının icarə qiyməti qaldırılıb. “8-ci kilometr” bazar kimi tanınan ərazidə yük daşıma arabalarının icarə qiyməti qaldırılıb.

“8-ci kilometr” bazarında qiymətlər qalxdı

“8-ci kilometr” bazar kimi tanınan ərazidə yük daşıma arabalarının icarə qiyməti qaldırılıb.

Bu baredə AzNews.az-a bazarda yük daşıyan əməkdaş Azər Heydərov melumat verib. Onun sözlərinə görə, yanvar ayına kimi yük daşıma arabalarının icarə qiyməti 2 manat olub: "Fevral ayında isə bu qiymət 2 dəfə artıb. Əvvəlcə 4 manat, sonra isə 10 manat oldu. Bazarda 400-ə yaxın araba var. Biz bu qədər icarə haqqını ödəyə bilmirik. Çox bahadı. Axı biz axşama kimi icatrə haqqı verdiyimiz pulu qazana bilmirik."

Azər Heydərov bununla bağlı dəfələrlə bazar rəhbərliyinə şikayətlər etsə də, heç bir tədbir görülmədiyini qeyd edib.

Bahar Rüstəmli