15:05
(077) 610-22-33

"Əkrəm Əylislidən üzr istəyirəm, amma bunu etməliydim"

  • >
455 2 Fevral 2013 11:29 | Cəmiyyət

Elbrus Ərud: “Məhkəmə nə cəza versə həmin qərarla razılaşacam”




"Biz bunun üçün Əkrəm Əylislidən icazə almadıq. Roman Azərbaycan dilinə çap olunandan sonra Əkrəm Əylisli zəng edib narazılığını bildirdi. Əkrəm Əylisli mənimlə sərt danışdı. Tələb etdi ki, yazını dayandıraq".

Bunu AzNews.az-a açıqlamasında "Qafqazinfo" xəbər portalının direktoru Elburus Ərud bildirdi. Onun sözlərinə görə, "Daş yuxular"ının Azərbaycan dilinə tərcüməsini görən Əkrəm Əylisli direktorun qarşısında tələb qoyub:

"O, tələb etdi ki, yazını dayandıraq. Mən də ona bildirdim ki, artıq bu romanlıqdan çıxıb xəbərə çevrilib. Amma romanın müəyyən bir hissəsini Azərbaycan dilinə cap edib yarısında dayandıracam. Açığı mən məhkəməni də gözə alıb bu addımı atdım. Haqsızlıq etdiyimi də bilirəm. Əkrəm müəllimdən üzr istəyirəm. Məhkəmə nə cəza versə həmin qərarla razılaşacam. Amma bunu eləmək lazım idi. Bu hüquqa zidd olsa da düz addımdır. Həm də inanmıram ki, bu iş məhkəməyə qədər uzana".

Bahar Rüstəmli
AzNews.az
Bağla X