21:53
(077) 610-22-33

“Ermənistan işğala son qoysun, snayperlərimizi geri çəkək” - MÖVQE

  • >
364 2 Fevral 2013 12:12 | Cəmiyyət

Ermənistan ötən ilin noyabr ayından Azərbaycanda dövlət sərhədində snayperlərin sayını artırıb. Bu barədə Ermənistan mediasında məlumatlar verilir. Erməni mətbuatı bildirir ki, əslində bununla Azərbaycan ordusunun snayperlərinin aktivliyinin qarşısı alınır. Son 3 ayda snayperlərin artırılması sayəsində bu sahədə vəziyyətin stabilləşdiyi də qeyd olunub.

Məsələylə bağlı AzNews.az-ın sualını cavablandıran millət vəkili, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev deyib ki, ATƏT təmas xəttində snayperlərin yığışdırılması haqqında tərəflərə müraciət edib. O qeyd edib ki, problemin zorakılıq yolu ilə həllinə qarşı olduğunu hər zaman nümayiş etdirən Azərbaycan da prinsip etibarilə snayperlərin çıxarılmasına tərəfdar olduğunu bəyan edib:

"Amma o şərtlə ki, ilk növbədə Ermənistan snayperləri Azərbaycan ərazilərindən çıxarılmalıdır. Çünki bizim snayperlərimiz Ermənistan ərazilərində deyil və biz kiminsə ərazisini də işğal etməmişik. Ona görə də bu məsələnin həlli üçün ilk addım da Ermənistan tərəfindən atılmalı və snayperlər daxil olmaqla işğalçı qoşunlar ərazimizdən çıxarılmalıdır. Təəssüflər olsun ki, Ermənistan buna əməl etmir, əksinə Azərbaycan tərəfini ittiham edir. Bu da onların həyata keçirdiyi işğalçı siyasətin mahiyyətindən irəli gəlir. Özü başqasının ərazisini işğal etdiyi halda təcavüzə məruz qoyduğu dövləti eyni əməldə ittiham edir".

A.Quliyev qeyd edib ki, ATƏT Parlament Assambleyasının fevralda Vyanada keçiriləcək sammitində bu məsələ qaldırılacaq: "Ola bilsin ATƏT PA-nın qış sessiyasında bu məsələlər müzakirə olunsun. Biz yünə də öz mövqeyimizdə qalacağıq. Biz bütövlükdə problemin həllini onda görürük ki, Ermənistan qoşunları işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır. Belə olan halda snayperlər məsələsi də dərhal öz həllini tapacaq".

Gültəkin
AzNews.az

Bağla X