Azərbaycan İsraillə “Spayder” raketləri almaq üçün müqavilə imzalayacaq

Azərbaycan və İsrail arasında yaxın mənzilli "Spayder" zenit-raket komplekslərinin alınması istiqamətində danışıqlar aparılır. Modern.az Rusiya mətbuatına istinadən bildirir ki, İsrail hərbi mənbələrindən verilən məlumata görə, Azərbaycan və İsrail müqavilənin imzalanmasına artıq yaxınlaşıb. Bununla yanaşı, onlar müqavilənin məbləği barədə məlumat vermirlər.

Xatırladaq ki, İsrail Müdafiə Nazirliyinin baş direktoru Udi Şani bildirmişdi ki, İsrail Azərbaycanın silah təhcizatını artıra bilər.

İsrail ABŞ və Rusiyadan sonra silah ixracatına görə üçüncü ölkələdir. Son dörd il ərzində İsrail müdafiə sənayesi ixracatı 20,3 milyard dollar təşkil edib.

AzNews.az