16:49
(077) 610-22-33

Bəzi siqaretlərin qiyməti 30 faiz artacaq

  • >
364 2 Fevral 2013 14:48 | Cəmiyyət

Fevralın 1-dən etibarən Bakı şəhərinin pərakəndə ticarət obyektlərində siqaretlərin qiymətində mütəşəkkil qaydada artım müşahidə olunub. Satış məntəqələrində həm yerli istehsal, həm də idxal olunan siqaretlərin 1 qutusu 10 qəpik bahalaşıb. Hələlik rəsmi qurumlar siqaretin bahalaşmasının səbəblərini şərh etməyib. Qeyd edək ki, son günlər ölkədə tütün məmulatlarının cəlb edildiyi aksiz vergilərinin dərəcəsində siqaretin bahalaşmasına səbəb olacaq dəyişiklik baş verməyib. Ölkəyə siqaret idxalı ilə məşğul olan xarici şirkətlər isə siqaretin bahalaşmasının səbəblərini şərh etmək istəməyiblər.
Azərbaycanın ən böyük tütün məmulatları istehsalçısı olan "European Tobacco" şirkətindən isə bildiriblər ki, şirkət öz məhsullarının qiymətlərini artırmayıb. Şirkətin regionlar üzrə satış meneceri Vüsal Şirinov qeyd edib ki, "European Tobacco" məhsullarının topdansatış qiymətləri əvvəlki kimi qalıb və burada heç bir dəyişiklik yoxdur. Topdansatış qiymətlərin artmadığı halda pərakəndə ticarət sektorunda "European Tobacco" məhsullarının da bahalaşmasına gəlincə, satış meneceri bildirib ki, qiymətlərin artımı hansısa vasitəçilərin və satıcıların təşəbbüsü ola bilər, amma şirkət bunu araşdıraraq öz məhsullarının bahalaşmasının qarşısını alacaq: "Bizim topdansatış qiymətlərimiz qalxmayıb. Kimsə qaldırıbsa, bunu özü edib. Biz bu məsələni araşdıracağıq və satış qiymətinin özbaşına artımının qarşısını alacağıq".
Menecer həmçinin vurğulayıb ki, müəssisə öz məhsullarının topdansatış qiymətini müəyyənləşdirdiyi kimi, onların pərakəndə satış qiymətinə də nəzarət etmək imkanına malikdir(APA).
AzNews.az-ın əldə etdiyi məlumata görə isə bəzi siqaretlərin qiyməti qalxacaq. Özü də 30 faiz.

Qiymədləri qalxacaq siqaretlərin adları isə bunlardır: Davidoff, West, LD, Maxim.

Mütəxəssisləri fikrincə, bu siqaretlərin qiymətlərinin qalxması digər siqaretlərin də qiymətlərinə təsir edəcək.

Qeyd edək ki, Avropa ölkələri ilə müqayisədə Azərbaycanda siqaretin qiyməti kifayət qədər aşağı olduğundan hökumət davamlı olaraq, mərhələli şəkildə siqaretin qiymətini qaldırır. Bu proses Azərbaycanla yanaşı Ermənistan və Gürcüstan da aparılır.

Əhəd
AzNews.az
Bağla X