Meşəyə ağac kəsməyə gedən kişi bədbəxt hadisə nəticəsində qolundan olub. Meşəyə ağac kəsməyə gedən kişi bədbəxt hadisə nəticəsində qolundan olub.

Kəsdiyi ağacın altında qaldı, qolundan oldu - Şəkidə (Video)

Meşəyə ağac kəsməyə gedən kişi bədbəxt hadisə nəticəsində qolundan olub.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, hadisə günorta Şəkinin Kiş kəndində baş verib. Ağac kəsən Salman Lətifov sürüşərək yıxılıb və kəsdiyi ağac qolunun üstünə düşərək əzib.

Nəticədə o sol qolun bazu sümüyünün çoxsaylı qəlpəli sınığı dioqnozu ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, onun sol qolu güclü zədələnib və amputasiya edilib. Salman Lətifovun müalicəsi xəstəxananın birinci cərrahiyə şöbəsində davam etdirilir.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.